06.09.2019

Bölmə iclasları keçirilib

Sentyabr konfransının davamı olaraq Şəki şəhər 8, 10, nömrəli tam orta məktəblərdə rayon təhsil işçilərinin bölmə iclasları keçirilib.

Bölmə iclaslarında məktəb direktorlarının müavinləri, kitabxanaçılar, məktəb psixoloqları, uşaq birliyi rəhbərləri və fənlər üzrə metodbirləşmə rəhbərləri iştirak ediblər.

Bölmə iclasında cari dərs ilində qarşıya qoyulmuş vəzifələr, innovativ qabaqcıl iş təcrübələri, təhsil sahəsində yeniliklər müzakirə olunub.

Yeni dərs  ilində ilk dərslərin ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütaliə - mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunacağı ilə bağlı tövsiyələr verilib.