11.06.2019

"Mübariz olaq" adlı tədbir keçirilib.

Şəki şəhər 5 nömrəli tam orta məktəbinin Ic sinif  rəhbəri  Aynur Çələbiyevanın təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım gününə həsr olunmuş "Mübariz olaq" adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan xalqının qəhrəmanlıq tarixi, igid vətən övladları, o cümlədən Milli Qəhrəm Mübariz İbrahimovun həyat və qəhrəmanlıqları barədə danışılıb. Bildirilib ki, Azərbaycan xalqı uzun əsrlər boyu öz azadlığı uğrunda mübarizə aparmış və bu gün sahib olduğu müstəqillik heç də ucuz başa gəlməmiş, bu yolda neçə-neçə igid oğul və qızlar öz canlarından keçməli olmuşlar. Mübariz İbrahimov isə düşmənin yaddaşını təzələyərək Azərbaycan oğullarının necə mübariz və cəsur olduğunu onların bir daha diqqətinə çatdırıb.

Tədbirdə, həmçinin məktəblilər vətənpərvərlik mövzusunda şeir, mahnı və səhnəciklərlə çıxış ediblər.


Açar sözlər: ,  ,  ,  ,