22.05.2019

"Azərbaycan dilinin saflığının qorunması hər birmizin mənəvi borcudur" adlı ədəbi-bədii gecə keçirilib.

Şəki şəhər 10 nomrəli tam orta məktəbdə "Azərbaycan dilinin saflığının qorunması hər birmizin mənəvi borcudur" adlı ədəbi-bədii gecə keçirilib.

Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin, Şəki şəhər İcra Hakimiyyətinin, Şəki şəhər Gənclər və İdman İdarəsinin, TİAHİ Şəki rayon Komitəsinin nümayəndələri,   ümumtəhsil müəssisələrinin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni səsləndirilməsi ilə başlayıb.

Təşkil olunan bu tədbirlərin əsas məqsədi Azərbaycan dilinin tarixi mərhələləri, rəngarəngliyi və bu dildə yaranmış əsərlər barədə şagirdlərin məlumatını artırmaq, ana dilimizi qoruyub saxlayaraq gələcək nəsillərə ötürmək üçün onlarda doğma dilimizə qarşı sevgi və hörmət hissini daha da artırmaqdan ibarət olub.

Tədbirdə çıxış edənlər şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır.

Tədbirin gedişatında şagirdlər ana dilimizə həsr edilən şeirlər, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tədbirdə Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarx da nümayiş etdirilib.

 


Açar sözlər: ,  ,  ,  ,