20.05.2019

"Biologiya gecəsi" keçirilib

Şəki şəhər 11 nömrəli tam orta məktəbdə “Biologiya gecəsi” keçirilib. Fənn gecəsi məktəbin biologiya müəllimi Kəmalə Balaşovanın təşkilatçılığı ilə keçirilib. Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev, məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə bitkilər və heyvanlar aləmi, insanın bədən üzvləri, vitaminlərin həyatımızda rolu və s. mövzularda ətraflı və maraqlı məlumatlar verilib, videoçarxlar izlənilib.

"Biologiya gecəsi"nin keçirilməsində məqsəd şagirdlərin fənnə marağının artırılması, onlara təbiəti, heyvanları, ümumilikdə canlı aləmi qorumaq hisslərinin aşılanması  və fənnə dair məlumatlılıq səviyyələrinin yüksəldilməsi olub.

 


Açar sözlər: ,  ,  ,  ,