15.03.2019

“Şirvanşahlar dövləti və Şəki hakimliyi"  mövzusunda açıq dərs keçirilib.  

Şəki şəhər 7 nömrəli tam orta məktəbdin VIIa sinifində Azərbaycan tarixi müəllimi Mətanət Bayramova tərəfindən “Şirvanşahlar dövləti və Şəki hakimliyi"  mövzusunda açıq dərs keçirilib.

Şagirdlər 4 qrupa “İbrahim”, “Toxtamış”, “Teymur”, “Seyid Əhməd” ayrılıb. Verilmiş tədqiqat sualı ətrafında qrupdaxili müzakirələrdən sonra, qrup liderleri tərəfindən cavablandırılıb.

Sonda ev tapşırığı verilib, şagirdlərin biliyi qiymətləndirilib və müşahidəçi qismində iştirak edən Şəki ŞTŞ-nin metodisti Anar Məmmədov, məktəb rəhbərliyi və fənn müəllimləri dərsin sonunda keçirilmiş dərslə bağlı fikirlərini bildiriblər.


Açar sözlər: ,  ,  ,  ,