13.03.2019

“Facebook” sosial şəbəkəsində rəsmi səhifələrinin idarəçiləri üçün təlim keçirilib

Martın 13-də Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şəki şəhər 10 nömrəli tam orta məktəbin akt zalında ”Facebook” sosial şəbəkəsində təhsil müəssisələrinin səhifələrinin idarə olunmasina dair təlimat materialları üzrə işin təşkilinə dair təlim keçirilib. Təlimdə təhsil şöbəsinin əməkdaşları tərəfindən “Facebook” sosial şəbəkəsində rəsmi səhifənin yaradılması, səhifələrdə qaydalara uyğun paylaşımların edilməsi, səhifə izləyicilərinin cavablandırılması və. s. Izah edilib.

Həmçinin tədbirdə çıxış edənlər müasir dövrümüzdə sosial şəbəkələrin vacibliyindən, onların ictimaiyyətə, cəmiyyətə təsirindən, sosial şəbəkələrdən düzgün istifadə etmə vərdişlərinin formalaşdırılmasının əhəmiyyətindən söz açıblar.

Sonda iştirakçıların sualları cavablandırılıb.


Açar sözlər: ,  ,