06.03.2019

“Vətənim mənim”

Şəki şəhər 11 nömrəli tam orta məktəbin VIm sinifində “Vətənim mənim” adlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, hər bir Azərbaycan vətəndaşı Vətənə məhəbbət hissləri ilə yaşamalıdır. Bunun üçün keçmişimizi unutmamalı, Azərbaycanımızın müstəqillik tarixini daim xatırlamalı və vətənpərvərlik salnaməsi yazmış dahi şəxsiyyətlərin həyat və yaradıcılığını özümüz üçün həyat məktəbi seçməliyik.

Daha sonda şagirdlərin ifasında  şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.


Açar sözlər: ,  ,  ,  ,