11.12.2018

Şəhər 8 nömrəli tam orta məktəbdə fizika fənnindən Açıq dərs keçirilib

Şəki şəhər 8 nömrəli tam orta məktəbin VIIla sinfində “Ərimə və bərkimə” mövzusunda fizika fənnindən açıq dərs keçirilib. Dərsdə təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbəri və fənn müəllimləri iştirak ediblər.

Fizika müəllimi Yeganə Abdullayeva tərəfindən keçirilmiş açıq dərs zamanı sinifin şagirdləri dörd qrup (Tempuratur, istilik miqdarı, enerji, iş) şəklində bölünərək iştirak ediblər.

Açıq dərs labaratoriya şəraitində müxtəlif əyanı vasitələr, təcrübələrin tətbiqi və şagirdlərin yüksək fəallığı ilə davam etdirilib.

Dərsin sonunda qruplar qiymətləndirilib və ev tapşırığı verilib.


Açar sözlər: ,  ,  ,  ,  ,