06.12.2018

“Qəlbləri fəth edən lider”

Şəki şəhər 1 nömrəli tam orta məktəbdə  ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş “Qəlbləri fəth edən lider” adlı  tədbir keçirilib.

Tədbirdə təhsil şöbəsinin əməkdaşları, pedaqoji kollektivi, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Anım tədbirlərində ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, xalqımızın tarixindəki misilsiz xidmətləri haqqında danışılıb. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində digər sahələr kimi, elm və təhsildə də böyük nailiyyətlərin əldə olunduğu vurğulanıb.

Həmçinin, ümummilli liderin siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ulu öndərin anım gününün ümumxalq məhəbbətinin təzahürünə çevrildiyi və dahi şəxsiyyətin Azərbaycan xalqının qəlbində daim yaşayacağı vurğulanıb.

Daha sonra şagirdlər ulu öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, Heydər Əliyevin müdrik kəlamlarından sitatlar səsləndiriblər. Ulu öndərin həyat və fəaliyyətinə dair videoçarxlar, filmlər izlənilib.