04.12.2018

“Mən fəxr edirəm ki, azərbaycanlıyam!" 

Dekabrın 4-də Şəki şəhər 14 nömrəli tam orta məktəbdə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!" mövzusunda tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Dövlət himni səsləndirilib. Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev və təhsil şöbəsinin əməkdaşları, Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının  Şəki rayon komitəsinin rəhbəri Ziyafət Xasıyeva, məktəbin müəllimləri və şagird kollektivi, həmçinin valdeyinlər iştirak ediblər.

Çıxış edən məktəbin direktoru İradə Abdullayeva milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı silsilə tədbirlərin məktəblərdə keçirilməsinin zəruriliyini qeyd edib.

Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin müdir müavini Elxan Abdullayev, Azərbaycan Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının  Şəki rayon komitəsinin rəhbəri Ziyafət Xasiyeva, çıxış edərək gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində bu cür tədbirlərin əhəmiyyətini danışıblar.

Şagirdlərin ifasında Vətənə, millətə, dövlət atributlarına aid vətərnpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilib, milli rəqs nümünələri nümayiş olunub.

Tədbirdə həmçinin, vətənpərvərlik mövzusunda şagirdlər tərəfindən ədəbii-bədii kompozisiyalar  nümayiş etdirilib.