15.11.2018

17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilib

Şəki şəhər 11 nömrəli tam orta məktəbdə 17 noyabr - Milli Dirçəliş Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə təhsil şöbəsinin əməkdaşlar, məktəbin direktoru, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə şagirdlərə Azərbaycanın müstəqillik tarixi və Milli Dirçəliş Günü haqqında ətraflı məlumat verilib. 17 noyabr - Milli Dirçəliş Gününün Azərbaycan xalqının istiqlaliyyət uğrunda apardığı mübarizənin əsas mərhələlərindən biri olduğu vurğulanıb. Ulu öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan bəhs olunub.

Daha sonra şagirdlər müstəqillik və vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,  ,  ,