08.11.2018

  Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər həyata keçirilib

Şəki rayon ümumtəhsil məktəblərində 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər həyata keçirilib.

Məktəblərdə şagirdləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltmək məqsədilə Dövlət Bayrağı Gününə həsr olunan ədəbi-bədii gecə, “Dəyirmi masa”lar təşkil edilib. Həmçinin məktəblərdə şagirdlər arasında rəsm, inşa yazı müsabiqələri, idman yarışları  keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.    

Çıxış edənlər bayrağımızın yaranma tarixi, Azərbaycan bayrağının şanlı tarixi haqqında geniş məlumat verilib, Dövlət Bayrağı Gününün tarixi əhəmiyyəti vurğulanıb.

Tədbirlərdə şagirdlər bayraq, vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.