07.11.2018

Dövlət Bayrağı Günü münasibətilə tədbirlərə start verilib

9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə şəhər 5 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

Tədbirdə məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak edib.

Tədbirin keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, şagirdlər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin inkişaf etdirilməsidir.

Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə  şagirdlərin ifasında müxtəlif mahnılar ifa olunub, şeirlər səsləndirilib.


Açar sözlər: ,  ,  ,