05.11.2018

Şagirdlər Şəki xan sarayına və “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə ekskursiya ediblər

Şəhər 6  nömrəli tam orta məktəbin VIII sinif şagirdləri Şəki xan sarayına və “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzinə  ekskursiya ediblər.

Ekskursiyanın məqsədi, şagirdlərin əldə etdikləri bilikləri möhkəmləndirmək, qədim memarlıq abidələri ilə yaxından tanış olmaq məqsədi ilə həyata keçirilib.

Şagirdlər Şəki xan sarayına ekskursiya etdilər. Sarayın neçənci əsrə aid olması və kimin tərəfindən tikilməsi haqqında məlumatlar aldılar. Həmçinin sarayın həyətindəki 1 əsrdən çox yaşı olan qədim ağac, naxışlı, şüşələr şagirdlərdə xususi maraq yaratdı.

Daha sonra məktəblilər  “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi  baş çəkiblər.  Mərkəz haqqında ümumi məlumat verilib və sənətkarların istehsal etdikləri məhsullarla  tanış olublar.


Açar sözlər: ,  ,