13.03.2018

Cavad Əliyev: “Bu gün qarşımızda oturan uşaqların sabah həyatımızın hər sahəsində qarşımıza çıxacaqını unutmayaq....”

Cavad Əliyev: “Bu gün qarşımızda oturan uşaqların sabah həyatımızın hər sahəsində qarşımıza çıxacaqını unutmayaq....”

2017- ci ildə Təhsil Nazirliyi tərəfindən Müəllimlərin İşə Qəbul imtahanında iştirak edərək 48 bal toplayıb, Şəki rayonu Çayqaraqoyunlu kənd tam orta məktəbinə coğrafiya müəllimi təyin edilmiş Cavad Əliyev 1993-cü ildə Sumqayıt şəhərində dünyaya gəlib. 2000-ci ildə Sumqayıt şəhəri 30 saylı tam orta məktəbinə daxil olub, 2011-ci ildə orta təhsilini başa vurub.

2011-2015-ci illərdə Azərbaqycan Müəllimlər İnstitutunun Quba filialında tarix-coğrafiya müəllimliyi ixtisası üzrə ali təhsil alıb.

Sevərək müəllimlik peşəsinə yiyələnmiş C.Əliyevin təəssüratlarını öyrənmək üçün dərs dediyi məktəbdə olduq və ona bir sıra suallarla müraciət etdik.

-Necə oldu ki, müəllimlik peşəsini seçdiniz?

-Mən uşaqlıqdan məktəbin, müəllim peşəsinin vurğunu olmuşam.Ali məktəbə daxil olduğum vaxtı, müəllimlik ixtisasını seçdim.Artıq 6 aydır ki, sevərək seçdiyim peşəylə məşğulam.

 

-İşlədiyiniz məktəb doğulub boya-başa çatdığınız Sumqayıtdan uzaqdadır.Gəlib-getmək sizin üçün çətinlik yaradır?

 

-Müəllimlik peşəsi çətin və şərəfli peşədir. Mənə sual versəydilər ki, həyata birdə gəlsəydiniz hansı peşəni seçərdiniz? Düşünmədən deyərdim ki, əlbətdə ki, müəllimlik peşəsini seçərdim. Mən öz seçdiyim peşəmlə fəxr edirəm. Səs-küylü sinif otaqları,mehriban, güləriz iş yoldaşlarım mənim üçün hər şeyə dəyər.

Hazırda çalışdığım iş yerimin Sumqayıtdan uzaq olmasına baxmayaraq, mən fəxarət hissi ilə deyə bilərəm ki, əsil müəllim ola bilmək çatmayan bir zirvədir.Onu fəth etməyə qadir olan şəxsə nə xoşbəxt!

 

-Sonda müəllim olmaq istəyənlərə gənc müəllim kimi nə tövsiyə edirsiniz?

-Gənc müəllimlərə sözüm odur ki, məqsədyönlü olsunlar, qərar verməzdən əvvəl götür-qoy etsinlər, qərar verdikdən sonra da öz güclərini, potensiallarını məqsədlərinə çatmağa həsr etsinlər. Heç nəyə baxmadan, yorulmadan....Bir də ki, burada çətin bir şey yoxdur. Əsas məqsəddir.Məqsədinə doğru yola başlayandan sonra hər şey qaydasına düşür.

 Unutmayaq ki, məktəbdə bünövrə necə qoyulacaqsa, elə bir gələcəklə də qarşılaşacağıq.İmkanlarımızdan istifadə edək, gəlcəyi yaxşılığa doğru dəyişək. Bu gün qarşımızda oturan uşaqların sabah həyatımızın hər sahəsində qarşımıza çıxacağını, məinki bizim, həmçinin, bütün xalqın, ölkənin taleyini həll edəcəyini unutmayaq...


Açar sözlər: ,  ,  ,