12.03.2018

Coğrafiya fənnindən açıq dərs keçirilib    

Martın 9-da şəhər 12 nömrəli tam orta məktəbdə coğrafiya fənnindən “Göllər” mövzusunda açıq dərs keçirilib. Məktəbin coğrafiya müəllimi Nəzakət Qəhrəmanova tərəfindən keçirilən dərsdə göllər haqqında şagirdlər məlumatlandırılıb. Göllərin növləri haqqında şagirdlərin daha yaxşı məlumatlanması üçün dərsdə əyani vəsaitlərdən istifadə olunub.

Dərsdə məktəbin direktoru və məktəbin digər fənn müəllimləri müşahidəçi qismində iştirak ediblər.

Şagirdlər onlara verilən sualları qruplar şəklində cavablandırıb və test tapşırıqlarını həll ediblər.

Qarşılıqlı sual-cavab şəklində keçən dərsin sonunda şagirdlər qiymətləndirilib

 


Açar sözlər: ,  ,  ,