12.02.2018

"Ədəbiyyat bilicilər"müsabiqəsinin rayon mərhələsi keçirilib

             Fevralın 10-da Şəki Şəhər 12 nömrəli tam orta məktəbində"Ədəbiyyat biliciləri”müsabiqəsinin rayon mərhələsi keçirilib.Müsabiqədə rayon ümumtəhsil məktəblərinin 8-11 siniflərindən 107 şagird iştirak edib.

             Müsabiqənin keçirilməsidə məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsi, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə sahəsində xususi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb qiymətləndirməkdir.

            Qeyd edək ki, “Ədəbiyyat biliciləri” müsabiqəsi 3 mərhələdə təşkil edilir: məktəb, rayon (şəhər) və ölkə mərhələləri. Müvafiq qaydalara əsasən, noyabr-dekabr aylarında müsabiqənin ilk – məktəb mərhələsi keçirilib. Yanvar – fevral ayları ərzində ölkənin bütün bölgələrində müsabiqənin ikinci-rayon (şəhər) mərhələsi təşkil olunacaq. Müəyyən olunmuş kovta əsasında, hər rayon və şəhərdən qalib seçilmiş şagirdlər mart – aprel ayları ərzində keçiriləcək ölkə mərhələsində iştirak edəcəklər. Ölkə mərhələsində şagirdlər onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar.

                 Müsabiqənin qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunacaq.

 


Açar sözlər: