25.01.2018

Görkəmli yazıçı S.S.Axundovun "Qaraca qız" hekayəsi mövzusunda açıq dərs keçirilib


             "Təhsildə keyfiyyət ili" elan edilmiş 2017-2018-ci dərs ili üçün Təhsil nazirliyinin Fəaliyyət planına əsasən Şəkinin ümumtəhsil məktəblərində qabaqcıl pedaqoji təcrübə nümunələrinin təbliği işi davam etdirilir.Şəhər 8 nömrəli beynəlmiləl tam orta məktəbin III s sinfində Azərbaycan dili fənnindən görkəmli yazıçı S.S.Axundovun "Qaraca qız" hekayəsi mövszusunda keçirilən açıq dərs də bu baxımdan məzmunlu və yaddaqalan oldu.Rayonun qabaqcıl ibtidai sinif müəllimlərindən olan Nərminə Ağayevanın müasir təlim metodlarının və İKT-nin tətbiqi ilə keçdiyi dərsdə bütün mərhələlərə əməl olundu.Dərs uşaqların yaxşı tanıdığı nağıl qəhrəmanı "Qırmızıpapağ"ın sinfə daxil olub şagirdlərlə dil qaydaları haqqında keçilmiş mövzular ətrafında sorğusu ilə başaladı.Motivasiya mərhələsində uşaqların ifasında "Qaraca qız" hekayəsindən Qaraca qızın meşədə ayı ilə qarşılaşması səhnəsi nümayiş etdirildi.Sonra uşaqlar dərslikdə "Qaraca qız" hekayəsindən verilmiş hissəni oxdular,Hüseynqulu ağa,Piri baba,Pəricahan xanım obrazlarına münasibətlərini bildirdilər.Şagirdlər "Dastan","Nağıl","Rəvayət","Hekayə" və Təmsil" qruplarına bölündü,qoyulmuş tədqiqat sulaı ətrafında iş apaıldıqdan sonra qruplar öz təqdimatları ilə çıxış etdilər. "Beyin həmləsi","Söz assosiasiyası" kimi iş üsullarından istifadə olunan dərsdə həyat bilgisi,musiqi,təsviri incəsənət və digər fənlərlə  inteqrasiya aparıldı,dostluq,yaxşılıq, xeyirhxalıq və s. bu kimi ülvi hisslərin aşılanması da diqqətdən yayınmadı

               Sonda məktəbin ibtidai sinif müəllimləri,təhsil şöbəsinin metodistləri,8 nömrəli məktəbin direktoru S.Ələsgərli,təlim-tərbiyə işləri üzrə direktor müavini T.Məmmədov və şəhər təhsil şöbəsi müdirinin müavini E.Abdullayev açıq dərsdə müəllimin və şagirdlərin fəaliyyətini yüksək qiymətləndirərək dərsin təşkili barədə öz fikir və rəylərini söylədilər,müəllimə N.Ağayevaya gələcək fəaliyyətində yeni-yeni uğurlar arzuladılar.


Açar sözlər: