08.12.2017

"Açıq qapı" günü keçirilmişdir

             Azərbaycan Respublikası Prezidentinin 20 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Şəki Telekommunikasiya Qovşağında yüksək texnologiyalar sahəsində ixtisasların təbliğinə dair maarifləndirmə işlərinin aparılması məqsədilə ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Açıq qapı”günü keçirilmişdir.

             Şəki şəhər 5 nömrəli tam orta və Fizika-riyaziyyat və humanitar təmayüllü liseyin şagirdlərini əvvəlcə qovşağın rəisi M. Əhmədov səmimi salamlamış,Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ilə bağlı ölkəmizdə,eləcə də Şəkidə görülən işlər barədə geniş məlumat vermiş,bu sahədə işləmək arzusunda olanlar üçün hansı ixtisaslar üzrə təhsil almağın zəzuriliyini nəzərə çatdırmışdır.Sonra qovşağın əməkdaşları burada mövcud olan elektron rabitə qurğuları,birbaşa telekonfrans keşirilməsi üçün nəzərdə tutulan akt zıalı, təlim mərkəzi və digər İKT avadanlıqları ilə şagirdləri yaxından tanış etmiş,qovşağın iş prinsipi barədə ətraflı danışmış,şaıgirdlərin suallarını cavablandırmışlar.

               Şəki Şəhər Təhsil Şöbəsi müdirinin müavini E. Abdullayev Şəki Telekommunikasiya Qovşağının əməkdaşlarına maraqlı məlumatlara görə məktəblilər adından minnətdarlığını bildirmiş və onları 6 dekabr- peşə bayramları günü münasibətilə təbrik etmişdir.

 


Açar sözlər: